Mıtişidə aktyor və həyat yoldaşı bir-birini bıçaqlayaraq öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Mıtişi şəhərində faciəli qətllə nəticələnən ailə münaqişəsi baş verib. “FEST” teatrının 28 yaşlı aktyoru Vladislav Benqraf və teatrın qrim otağının rəhbəri olan 23 yaşlı həyat yoldaşı Yevgeniya bir-birini mətbəx bıçağı ilə qətlə yetiriblər.
Hadisə cütlüyün boşanma qərarı verməsi səbəbindən yaranan mübahisə zamanı baş verib.
Gecə saatlarında qonşular mənzildən gələn qışqırıq səslərini eşidərək polisə xəbər veriblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları içəridən kilidlənmiş mənzilin qapısını sındıraraq daxil olduqda, hər iki şəxsin boyun və döş qəfəsinə aldığı bıçaq zərbələri nəticəsində dünyasını dəyişdiyini aşkar ediblər.
Hadisə ilə bağlı araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az






