Dəmir yolunu keçərkən tilovu 27,5 min voltluq xəttə dəyən yeniyetmə ÖLDÜbackend

Dəmir yolunu keçərkən tilovu 27,5 min voltluq xəttə dəyən yeniyetmə ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tatarstanda dəmir yolu xətlərini keçən yeniyetmə elektrik vurması nəticəsində həlak olub.

İnterpress.az xəbər verir ki, bu barədə Zelenodolsk şəhərinin meri Mixail Afanasyev məlumat yayıb.

Tatarstanda dəmir yolu xətlərini keçərkən yeniyetmə elektrik cərəyanının vurması nəticəsində dünyasını dəyişib.

Məlumata görə, üç yeniyetmə birlikdə balıq tutmağa gedirmiş. Dəmir yolu xətlərini keçən zaman onlardan birinin balıq tilovu (qarmağı) gərginliyi 27,5 min volta çatan kontakt şəbəkəsinin naqillərinə toxunub.

Güclü elektrik zərbəsi yeniyetmənin həyatına son qoyub.

Xuraman Etibarlı

İnterpress.az