Deputat: “Laçın Qarabağ bölgəsinin əsas strateji coğrafi məkanı kimi həmişə düşmənin işğal planının diqqət mərkəzində olub”backend

Deputat: “Laçın Qarabağ bölgəsinin əsas strateji coğrafi məkanı kimi həmişə düşmənin işğal planının diqqət mərkəzində olub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gözəl və zəngin təbiəti, qədim tarixi abidələri ilə məşhur olan şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistanla həmsərhəd olan Laçın Qarabağ bölgəsinin əsas strateji coğrafi məkanı kimi həmişə düşmənin işğal planının diqqət mərkəzində olub”.

İnterpress.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib.

“Çox sevinirik ki, Laçın rayonunda artıq 2 ildir ki, üçrəngli şanlı Bayrağımız dalğalanır.

Bir daha bütün Azərbaycan xalqını, xüsusi ilə də laçınlıları Laçın rayonun işğaldan azad olunmasının 2 ili münasibəti ilə ürəkdən təbrik edirəm!

Yaşasın Ali Baş Komandan! Ərazi bütövlüyümüzü haqq mübarizəsi ilə qazanan müzəffər ordumuza eşq olsun! Allah şəhidlərimizə rəhmət eləsin!”, – o bildirib.