Deputat Operativ Qərargahı TƏNQİD ETDİ: “İctimai nəqliyyat həftənin bütün günləri işləməlidir”backend

Deputat Operativ Qərargahı TƏNQİD ETDİ: “İctimai nəqliyyat həftənin bütün günləri işləməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Heç kim əsaslandıra bilmir ki, iki gün ictimai nəqliyyat işləməyəndə pandemiya azala bilər”.

İnterpress.az xəbər verir ki, bunu həftəsonları ictimai nəqliyyatının işləməməsi fonunda vətəndaşların yaşadığı çətinliyə münasibət bildirən deputat Fazil Mustafa deyib.

Deputat qeyd edib ki, Bakı şəhərində bütün ictimai nəqliyyatın işləməsi təcili şəkildə təmin edilməlidir:

“Operativ Qərargah hələ də inadından dönmək istəmir. Yenə də metronu, avtobusları işləməyə qoymayacaqlar, zavallı insanlar taksi axtarışına düşəcəklər. Pulu olmayan da otursun evində, bütün vacib işlərini təxirə salsın. İnsanlarımız həm maddi, həm də mənəvi sıxıntını yaşayacaqlar. Onsuz da yay vaxtı insanların bir qismi məzuniyyətdədir, iş yerlərinə də elə bir axın yoxdur. Heç kim əsaslandıra bilmir ki, iki gün ictimai nəqliyyat işləməyəndə pandemiya azala bilər. Əksinə, nəqliyyatda sıxlıq yaratmaqla insanlar üçün yoluxma riskini daha da artırırlar. Metronun girişində qızdırmanı yoxlamaq üçün aparat qoyulur və bu, profilaktika üçün kifayət edir. İctimai nəqliyyat həftənin bütün günləri işləməlidir, əminəm ki, özü metro ilə, avtobusla gedib-gəlmək məcburiyyətində olan kimsə belə bir qərarı qəbul etməz.

Məsələyə öz komfortundan yanaşanlar anlamalıdırlar ki, bu qərarla eyni vaxtda şəhərətrafından gələn vətəndaş, xəstəxanaya metro ilə tələsən tibb bacısı, maaşı aşağı olan avtobus sürücüsü, televiziyaya, redaksiyaya tələsən jurnalist, yaxud da bir pensiyaçı, bir əlil boğazından kəsdiyi pulu taksiçiyə verməyə məhkum olur”.

Gülşən