Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdübackend

Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən 03 may 2023-cü il tarixində Ucar rayon Heydər Əliyev Mərkəzində seçicilərlə növbəti dəfə görüşüb.

İnterpress.az xəbər verir ki, görüşdə iştirak edən Ucar rayon seçicilərinin arzu və istəkləri, o cümlədən qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi millət vəkili tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara çatdırılacağı bildirilib. Seçicilərin bir qismi görüşdə artıq həllini tapmış məsələlərlə bağlı deputat Ramil Həsənə dərin təşəkkürlərini ifadə ediblər.

Qaldırılan məsələlərin içərisində ən çox şikayətlər işsizlik, fərdi ev tikintisinə icazə, məişət qaz yanacağına görə əlavə qalıq borcların yazılması, sosial problemlərin həlli, müalicə, işə bərpa, su-kanalizasiya problemləri, içməli suyun çəkilməsi, maddi dəstək, o cümlədən asfalt yolların çəkilməsi, torpaq təyinatının dəyişdirilməsi, pensiya təyinatı və məhkəmə işi ilə bağlı məsələlər olub. Ucar rayon vətəndaşları ilə bərabər rayonun Şəhid ailələrinin və qazilərinin bir qrupuda xüsusi hörmət və ehtiramla deputat tərəfindən dinlənilib, qaldırdıqları problemlərin həlli ilə bağlı lazımı tapşırıqlar verilib və qısa müddətdə narahatlıqların müvafiq dövlət qurumlarına çatdırılması ilə bağlı tədbirlər görüləcəyi bildirilib.