Deputat yeni dələduzluqda İTTİHAM OLUNDUbackend

Deputat yeni dələduzluqda İTTİHAM OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlətə xəyanətdə ittiham olunan ukraynalı deputata yeni cinayət işi açılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) məlumat yayıb.

SBU deputat Yevgeni Şevçenkoya qarşı dələduzluq planında şübhəli bilindiyini açıqlayıb.

SBU-nun məlumatına görə, Şevçenko Belarusda mineral gübrələr alan Ukrayna şirkətlərindən birindən pul qoparıb.

Müstəntiqlər hesab edirlər ki, o, Belarusdan Ukraynaya malların çatdırılması zamanı süni problemlər yaradıb və onların həlli üçün 14,5 milyon UAH (təxm. 600 min man.) rüşvət istəyib.

Bundan əlavə, mövcud məlumatlar bunu göstərir ki, millət vəkili Ukraynanın digər müəssisələrinə gübrələrin tədarükü üçün Belarus kvotalarını təklif etməklə müntəzəm olaraq pul ala bilərdi.

Xuraman Etibarlı

İnterpress.az