Deputatdan mətbuata sərt ittiham – Bu məsələni siyasiləşdirməyə çalışır və öz maraqlarını güdürlərbackend

Deputatdan mətbuata sərt ittiham – Bu məsələni siyasiləşdirməyə çalışır və öz maraqlarını güdürlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbır verir ki, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Kamilə Əliyeva açıqlamasında bildirib ki, mətbuatda, sosial şəbəkələrdə rus dilinin tədrisi ilə bağlı əsassız fikirlər söylənilməkdədir. Bəzi dairələr bu məsələni siyasiləşdirməyə çalışır və öz maraqlarını güdürlər. Hər bir Azərbaycan vətəndaşı öz dilini tarixini dərindən öyrənməli, ana dilini də mükəmməl bilməlidir.

“Rus dili Azərbaycanda əlavə xarici dil kimi tədris olunur. Burada mənə elə gəlir ki, təhlükəli bir məsələ yoxdur. Bu gün Azərbaycanda rus dili ilə yanaşı dövlət və özəl məktəblərdə, eləcə də universitetlərdə ingilis, fransız dili də tədris olunur. Bakıda Fransız məktəbi fəaliyyət göstərir. Elə orta məktəblər var ki, tədris ancaq ingilis dilində aparılır. Bakıda və bölgələrimizdə xarici dil kursları fəaliyyət göstərir. Deməli, xarici dillərə tələbat var. Mən bunu çox yaxşı hal hesab edirəm. Azərbaycan gənci daha savadlı, bilikli olmalıdır. Azərbaycan həqiqətlərini xarici ölkələrdə onların öz dilində çatdırmağı bacarmalıdır”, – deyən Kəmalə Əliyeva hesab edir ki, ana dilini, vətənini sevmək insana genlə gəlir. Bu elə bir məsələdir ki, burada hansı dildə təhsil almaq əhəmiyyətli deyil.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(Sputnik)