Krasnodardan olan deputatlar Bastrıkinin müdafiəsinə qalxaraq Kadırovdan üzr istəməsini tələb ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Yerli bələdiyyənin deputatı Sergey Kusmakov Çeçenistan rəhbərinin sözlərindən qəzəbləndiyini bildirib. O qeyd edib ki, Bastrıkin “ölkəni müdafiə edir” və onu belə alçaltmaq olmaz.
Deputat paylaşımını #KadyrovÜzristə həştəqi ilə müşayiət edib. Başqa bir deputat Sergey Klimov da oxşar şəkildə danışaraq, “Bastrıkin incitməyə qoymarıq” deyib.
Xuraman Etibarlı
İnterpress.az