Deputatlar qrantlarla bağlı dəyişikliyi təsdiqlədilərbackend

Deputatlar qrantlarla bağlı dəyişikliyi təsdiqlədilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin iclasında “Qrant haqqında” qanunun 4-cü maddəsinə əlavə üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

İnterpress.az xəbər verir ki, təklif olunan 4.3-cü maddəyə əsasən, QHT-lər qrant müqavilələrinin elektron sistem vasitəsilə qeydə alınması üçün müraciət edə bilərlər.

Bu zamana qədər QHT-lər qrant müqavilələrini Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarı ilə təsdiqlənmiş qaydalara əsasən alırdılar. Qanuna dəyişiklikdən sonra isə QHT-lər həm də müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə qrant müqavilələrini qeydə aldırmaq imkanına malik olacaqlar.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İnterpress.az