Qabonda avqustun 30-da hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılan prezident Əli Bonqonun oğlu Nurəddin Bonqo mənimsəmə, dövlət qurumlarına xəyanət və dəstə yaratmaq ittihamları ilə həbs edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Milli mətbuatda yer alan xəbərə görə, atası devrilən lider Əli Bonqonun varisi kimi göstərilən Nurəddin Bonqo, prokurorluqdakı ifadəsindən sonra dünən paytaxt Librevildəki məhkəmə tərəfindən həbs edilib. Nurəddin Bonqo saxlanılmaq üçün Librevil Mərkəzi Həbsxanasına köçürülüb.
Keçmiş hökumətdə strateji müşavir vəzifəsində çalışmış Nurəddin Bonqo və avqustun 30-da işdən çıxarılan bir çox yüksək vəzifəli şəxslər mənimsəmə, dövlət qurumlarına xəyanət, dəstə yaratmaq, narkotik alveri və prezidentin imzasını saxtalaşdırmaq ittihamları ilə mühakimə olunacaqlar.