Diaspor fəaliyyətində liderlik keyfiyyətləri mövzusunda vebinar keçiriləcəkbackend

Diaspor fəaliyyətində liderlik keyfiyyətləri mövzusunda vebinar keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 15-də Diasporla İş üzrə Dövlət Komitəsinin uğurla icra etdiyi “Liderliyin İnkişafı Proqramı” çərçivəsində “Diaspor fəaliyyətində liderlik keyfiyyətləri” mövzusunda vebinarın keçirilməsi nəzərdə tutulur.

Xaricdəki soydaşlarımızın bir çox fəal nümayəndələrinin və digər maraqlı şəxslərin qatılacağı vebinarın qonağı və mərkəzi çıxışçısı tanınmış ictimai-siyasi xadim və ziyalı, Alman-Azərbaycan Cəmiyyətinin sədri, diaspor fəaliyyəti sahəsində zəngin təcrübəyə malik olan professor Çingiz Abdullayev olacaq.

Sözügedən virtual tədbirdə diaspor quruculuğu və digər əlaqəli fəaliyyətlərdə liderliyin əhəmiyyəti və rolu, liderlik keyfiyyətlərinin önəmindən söhbət açılacaq,

Azərbaycan diasporunun təşkilatlanmasında və birliyində liderlik kimi şərəfli məsuliyyəti üzərinə götürməyi bacarmış şəxsiyyətlərin fəaliyyət yoluna işıq tutulacaq.

Ələlxüsus, professor Çingiz Abdullayev aıdçəkilən mövzuda öz fikirlərini və təcrübəsini bölüşəcək, ona ünvanlanan sualları cavablandıracaq.

İnterpress.az