DİM abituriyentlərə müraciət edibbackend

DİM abituriyentlərə müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanları ilə bağlı şagird və abituriyentlərə müraciət edib.

İnterpress.az-ın xəbərinə görə, DİM-in Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə abituriyentləri imtahanların dəqiq tarixinə, qrafikinə fikir verməyə çağırıb.

“Bəzən şagirdlər, abituriyentlər bir rayonda yaşayır, başqa rayonda yerləşən məktəbdə oxuyur. Onlar məktəb hansı rayondadırsa, həmin rayonun günündə imtahan verəcəklər. Konkret yeri isə bir həftə əvvəl bildirəcəyik”, – məlumatda qeyd olunub.