DİN-dən İmişlidə baş verən insidentlə bağlı AÇIQLAMA – VİDEObackend

DİN-dən İmişlidə baş verən insidentlə bağlı AÇIQLAMA – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi (DİN) İmişli rayonunun Hacalmuradlı kəndində örüş sahəsində ötən gün baş verən insidentlə bağlı məsələyə aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  bildirilib ki, İmişli rayonunun Hacalmuradlı kəndindən olan bir qrup şəxs örüş sahəsinin digər sakin tərəfindən zəbt edilməsinə etiraz olaraq toplaşıb:

“Bu zaman tərəflər arasında insident baş verib, iki kənd sakini bir-birinə xəsarət yetirib. İnsidentlə əlaqədar İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları kənd ərazisinə gəlib. İctimai asayiş qaydalarını pozan iki kənd sakini – F.Əbişov və İ.Həsənov saxlanılaraq, Polis Şöbəsinə gətirilib”.

“Saxlanılan şəxslər barəsində İmişli RPŞ-də qanunamüvafiq tədbirlər görülüb, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır”.

 

OnlinePress.az