Dinozavrların SONU: Yeni araşdırma onların cəmi bir neçə saat ərzində məhv olduğunu SÜBUT EDİRbackend

Dinozavrların SONU: Yeni araşdırma onların cəmi bir neçə saat ərzində məhv olduğunu SÜBUT EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dinozavrların nəslinin kəsilməsi cəmi bir neçə saat ərzində baş verə bilərdi.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Yeni elmi tədqiqatlar dinozavrların məhv olması ilə bağlı sarsıdıcı iddialar ortaya qoyub. 66 milyon il əvvəl müasir Meksika ərazisinə çırpılan “Çiksulub” asteroidi nəhəng heyvanlar dövrünün sonunu gətirib.

Həmin asteroid Yer kürəsinə 100 teraton trotil (TNT) gücünə bərabər olan kəskin zərbə endirib ki, bu da Xirosima və Naqasakidəki nüvə partlayışlarının gücünü milyard dəfədən çox üstələyir.

Zərbə nəticəsində təxminən 25 trilyon ton qalıq göyə ucalıb və bu maddələrin bir qismi yüksək temperaturdan buxara çevrilərək atmosferdə qlobal ölümcül qat əmələ gətirib.

Alimlərin fikrincə, toqquşmadan yaranan zərbə dalğası deyil, məhz qlobal miqyasda atmosferi bürüyən bu nəhəng buxar dumanı hadisəni planetar fəlakətə və kütləvi məhvə çevirib.

Bununla yanaşı, tədqiqatçılar dinozavrların aclıqdan tələf olması nəzəriyyəsini də tam istisna etmirlər. Çünki zərbədən sonra yaranan nəhəng toz buludları illərlə, hətta onilliklər boyu günəş şüalarının yerə düşməsinin qarşısını kəsib ki, bu da qida zəncirini və bitki örtüyünü tamamilə məhv edib.

Xuraman Etibarlı

İnterpress.аz