Doksuri qasırğasının yaratdığı leysan yağışların yaratdığı daşqınlar nəticəsində həyatını itirənlərin sayı 21-ə yüksəlib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Çin hökuməti təbii fəlakət üçün əlavə büdcə açıqlasa da, bəzi bölgələrdə itkin düşənlərin axtarışları davam edir.
Doxuri qasırğasının təsiri ilə Pekin, Tianjin şəhəri və Hebey əyalətində şənbə günü başlayan və dörd gündür təsirli olan şiddətli yağışlar nəticəsində ölənlərin sayı 21-ə yüksəlib.
Bu gün Pekinin ən çox zərər çəkmiş bölgələrindən biri olan Fanqşan rayonunda itkin düşmüş axtarış-xilasetmə heyətinin cəsədi tapılıb, paytaxtda ölənlərin sayı 12-yə çatıb. Pekində 26, Hebeydə 6 nəfərdən hələ də xəbər yoxdur.
Digər tərəfdən, Çin hökumətinin daşqınla mübarizə və fəlakət sonrası bərpa işlərində istifadə etmək üçün 110 milyon yuan (15,4 milyon dollar) büdcə ayırdığı açıqlanıb. Çin Maliyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada, sözügedən büdcənin Pekin, Tianjin və Hebeydə tədqiqatlarda istifadə edilməsi üçün ayrıldığı qeyd edilib.
Bundan əlavə, Çin Maliyyə Nazirliyi və Çin Nəqliyyat Nazirliyi tərəfindən Pekin və Hebey şəhərlərində yolların təmiri üçün 30 milyon yuan (4,2 milyon dollar) həcmində təcili vəsait ayrıldığı açıqlanıb.