Donald Tramp etiraf edib ki, daha səkkiz-doqquz il vəzifəsindən getməyəcək.
İnterpress.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp postundan nə vaxt gedəcəyi ilə bağlı gözlənilməz açıqlama verib.
O, ABŞ administrasiyasının biznesin dəstəklənməsi ilə bağlı qəbul etdiyi tədbirlərdən danışarkən bildirib ki, həmin proqramlardan özü də vəzifəsindən getdikdən sonra yararlana biləcək.
Tramp qeyd edib ki, bu məqam “səkkiz-doqquz ildən sonra” baş verəcək. Bu açıqlama ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.
Xuraman Etibarlı
İnterpress.az






