Dövlət başçısı: “Neokolonializmlə mübarizənin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması olduqca vacibdir”backend

Dövlət başçısı: “Neokolonializmlə mübarizənin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması olduqca vacibdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neokolonializmlə mübarizə mövzusunun bütün mümkün platformalar vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması olduqca vacibdir. Bu xüsusda, BMT Baş Assambleyasının 4-cü Komitəsinin fəaliyyəti və beynəlxalq təşkilatlar çərçivəsində mübarizə daha da canlandırılmalıdır. Qadınların rolu daha da gücləndirilməli, onların dekolonizasiya yolunda mübarizəsinə daha güclü dəstək verilməlidir”.

İnterpress.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə noyabrın 21-də Bakıda “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı” mövzusunda keçirilən konfransın iştirakçılarına ünvanladığı müraciətində yer alıb.

“Bugünkü konfrans kolonializm, onun fəsadları və neokolonializmlə mübarizə ilə bağlı qlobal gündəlikdə dayanan çağırışlar və imkanların müzakirəsi üçün əlverişli fürsətdir. İnanıram ki, konfrans çərçivəsində aparılacaq müzakirələr kolonializmə qarşı mübarizə sahəsində birgə səylərin səfərbər olunmasına, bəşəriyyətin rifahı və gələcək nəsillərə “kolonializmdən azad dünya” miras qoymaq məqsədilə yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfə verəcəkdir”, – dövlət başçısı qeyd edib.