İspaniyanın “COPE Espanya” radiosu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun müsahibəsini yayımlayıb.
Müsahibə zamanı Azərbaycan diaspor sisteminin yaradılma mexanizminə aydınlıq gətirilib, dünyanın 50-dən çox ölkəsində yaşayan və fəaliyyət göstərən soydaşlarımız və diaspor təşkilatları, Koordinasiya Şuraları, Azərbaycan Evləri, diaspor gənclərinin Yay Düşərgələri, Azərbaycan Diasporuna Dəstək Fondunun təsis olunması barədə ətraflı məlumat verilib.
COVID-19 pandemiyası, Ermənistanın Tovuz təxribatları və ölkəmizin Vətən müharibəsi dövründə Azərbaycan diasporunun fəaliyyəti barədə suallar Komitə sədri tərəfindən ətraflı cavablandırılıb.