Livan druzları Yaxın Şərqdəki druz icmalarını qorumaq üçün “Birlik Ordusu” yaratdıqlarını elan ediblər.
İnterpress.az xəbər verir ki, bu açıqlama Suriya qoşunlarının druzların üstünlük təşkil etdiyi Süveyda şəhərinə yeridilməsi fonunda verilib.
Dəməşq əməliyyatın məqsədinin şəhəri silahlı qruplardan təmizləmək olduğunu bildirib.
Bundan sonra İsrail Hərbi Hava Qüvvələri Suriya hərbçilərinə qarşı silsilə zərbələr endirib və İsrail də Suriya Müdafiə Nazirliyinin qüvvələri Suveydadan çıxana qədər hücumları davam etdirəcəyi ilə hədələyib.
Xuraman Etibarlı
İnterpress.az