Dumada QALMAQAL: Deputat qadınları “natamam”, subay kişiləri “əlil” ADLANDIRDI – VİDEObackend

Dumada QALMAQAL: Deputat qadınları “natamam”, subay kişiləri “əlil” ADLANDIRDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Dövlət Dumasının deputatı subay kişiləri “əlil”, qadınları isə “natamam” adlandırıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiya Dövlət Dumasının deputatı Aleksandr İltyakov öz çıxışında qadınları müstəqil olaraq “natamam” insanlar, subay (həyat yoldaşı olmayan) kişiləri isə “əlil” adlandırıb.

Siyasətçinin bu səs-küylü bəyanatı cəmiyyətdə və mediada kəskin etirazlara səbəb olub.

İltyakov iddia edib ki, müqəddəs İncil kitabına əsasən, qadın Adəmin qabırğasından yaradıldığı üçün o, təkbaşına tamdəyərli bir insan ola bilməz və onun sərbəst bədən bütövlüyü yoxdur.

Onun sözlərinə görə, kişi və qadın yalnız rəsmi nikaha daxil olaraq bir yerdə olduqları zaman tamdəyərli insana çevrilirlər.

Deputatın dini mətnlərə istinadən səsləndirdiyi bu mübahisəli və diskriminativ fikirlər sosial şəbəkələrin Rusiya seqmentində kütləvi müzakirələrə və qınaqlara yol açıb.

Gender bərabərliyi və insan hüquqları müdafiəçiləri deputatın bu çıxışını sərt tənqid edirlər.

Xuraman Etibarlı

İnterpress.аz