Dünən Fransada ilin ən isti günü olubbackend

Dünən Fransada ilin ən isti günü olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada ötən gün havanın temperaturu bəzi bölgələrdə 42 dərəcəni keçib və ölkədə ilin ən isti günü kimi qeydə alınıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Meteorologiya İdarəsinin məlumatına görə, ötən gün ölkənin cənubundakı Rhone vadisində termometrlər 42,7 dərəcəyə çatıb. Beləliklə, bu ilin ən yüksək temperatur həddində olub.

Puy-Saint-Martin və Drome ətraf ərazilərində temperatur 42,5 dərəcəyə qədər yüksəlib.

Artıq 4 rayonda qırmızı həyəcan vəziyyətinə gətirilən ölkədə daha aşağı səviyyədə olan narıncı həyəcan vəziyyəti 46 rayonda üstünlük təşkil edib.

Xüsusilə ölkənin cənubunda havanın temperaturunun həftə ortasına qədər daha da yüksələcəyi gözlənilir.