Dünya Bankı 2015-ci ildən fəaliyyətini dayandırdığı Yəməndə koordinasiya ofisini yenidən açır
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Yəmənin SABA xəbər agentliyinin məlumatına görə, koordinasiya ofisi müvəqqəti paytaxt Ədəndə açılıb.
Dünya Bankının bu sahədəki nümayəndəsi və Yerli Koordinatoru Semra Şeybani ilə görüşən Planlaşdırma və Beynəlxalq Əməkdaşlıq Naziri Vaid Bazib deyib ki, Ədəndəki koordinasiya ofisinin yenidən açılması 2015-ci ildən bəri atılan ilk real addımdır.
Bazib Ədəndə bir ofisin açılması və işə başlaması ilə yenidənqurma və iqtisadi bərpa səyləri çərçivəsində hökumətə birbaşa dəstək təklif ediləcəyini vurğulayıb.
Koordinator Şeybani bildirib ki, Dünya Bankı Yəmən xalqı və qurumlarına dəstəyini davam etdirəcək.
2014-cü ildə Yəməndə İranın dəstəklədiyi husilər paytaxt Sənanı və bir çox şəhərləri ələ keçirdikdən sonra Dünya Bankı siyasi və təhlükəsizlik vəziyyəti əsas gətirərək 2015-ci ilin martında ölkədəki koordinasiya ofisinin fəaliyyətini dayandırıb.