Dünyanın ən böyük aysberqi tamamilə parçalanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutu (AАNİİ) məlumat yayıb.
Cənub okeanında hərəkətdə olan dünyanın ən böyük aysberqi A23a tamamilə dağılaraq yox olub.
Məlumata görə, aysberq 1986-cı ildə Filxner şelf buzlağının xarici kənarından qopmuşdu.
Yaranan zaman sahəsi 4 170 kvadrat kilometr olan aysberq ölçüsünə görə Sankt-Peterburq şəhərinin ərazisindən təxminən iki dəfə böyük idi.
Xuraman Etibarlı
İnterpress.az






