Dünyanın ən zəhərli balığı “Fuqu” kütləvi şəkildə SAHİLƏ ÇIXDI – VİDEObackend

Dünyanın ən zəhərli balığı “Fuqu” kütləvi şəkildə SAHİLƏ ÇIXDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada dünyanın ən zəhərli balıqlarından olan “Fiqu” kütləvi şəkildə sahilə vurub.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Primorsk diyarında dünyanın ən təhlükəli və zəhərli dəniz canlılarından olan “Fuqu” (Pufferbalıq) balıqları kütləvi şəkildə sahilə çıxmağa başlayıb.

Yapon dənizinə tökülən Partizanskaya çayının mənsəbində istirahət edənlər 20-dən çox ölü fuqu balığı aşkarlayıblar.

Həmin balıqların bədənindəki güclü toksinlər (zəhər) səbəbindən onlara quşlar və vəhşi heyvanlar belə yaxınlaşmırlar.

Mütəxəssislər bildirirlər ki, dəniz sularının anomal dərəcədə isti olması səbəbindən bu il bölgəyə çoxsaylı tropik balıq növləri axın edib.

Fuqu əvvəllər də bu sularda tək-tək görünsə də, hazırda onların sayı kəskin artıb və yerli balıqçıların tilovuna demək olar ki, hər gün rast gəlinir.

Bununla yanaşı, Primorsk sahillərində köpəkbalıqlarının axını da davam edir. Yırtıcı köpəkbalıqlarına tez-tez turistlərin sıx dincəldiyi körfəzlərdə və çimərlik zonalarında rast gəlinir ki, bu da yerli sakinlər üçün ciddi təhlükə yaradır.

Xuraman Etibarlı

İnterpress.аz