“Düşmən Azərbaycanın mülki infrastrukturunu məhv etməyə çalışır” – RƏSMİbackend

“Düşmən Azərbaycanın mülki infrastrukturunu məhv etməyə çalışır” – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlar Tərtər rayonu istiqamətində davam etdirilir.

İnterpress.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan tərəfi artilleriyadan Tərtərdə dinc əhalini, yaşayış evlərini atəşə tutub:

“Ermənistan öz təxribatlarını törətməyə davam edir. Xüsusən də Tərtər rayonu istiqamətində əhali üçün yaradılan infrastrukturu məhv etməyə çalışırlar. Belə ki, Tərtər rayonunda qadınlar üçün iş yeri kimi nəzərdə tutulan xalçaçılıq zavoduna ziyan dəyib.

Ermənistan tərəfi məcburi köçkünlər üçün inşası nəzərdə tutulan binaya, eləcə də, polis məntəqələrinə ziyan verməyə çalışırlar. Lakin Azərbaycan Ordusu tərəfindən layiqli cavab verilir”.

İnterpress.az