Uşakov: Əbu-Dabidə sülh planı müzakirə edilməyib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Uşakov bildirib ki, Əbu-Dabidə keçirilən görüşlərdə sülh planı müzakirə mövzusu olmayıb.
Onun sözlərinə görə, həmin görüşdə Rusiya və Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələri iştirak edib.
Rəsmi qeyd edib ki, tərəflərin xüsusi xidmət orqanlarının nümayəndələri vaxtaşırı Birləşmiş Ərəb Əmirliklərində həssas məsələləri, o cümlədən əsir mübadiləsini müzakirə edirlər.
Bundan əlavə, ABŞ nümayəndəsi Driskollun Əbu-Dabidə rusiyalı rəsmi ilə görüşdüyü təsdiqlənib, lakin bu görüşün də sülh planına aid olmadığı vurğulanıb.
Xuraman Etibarlı
İnterpress.az






