Əcnəbi ilə münasibətinə görə tələbə qız universitetdən QOVULDUbackend

Əcnəbi ilə münasibətinə görə tələbə qız universitetdən QOVULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Universiteti əcnəbi ilə münasibətinə görə tələbəni qovub.

İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

“Çin universiteti bir tələbənin əcnəbi ilə “uyğun olmayan qarşılıqlı münasibətdə” ittiham edildikdən sonra “milli ləyaqətə xələl gətirdiyi” üçün xaric edildiyini elan edib.

Son bir neçə gün ərzində xaric olunma elanı Xiaohongshu və Douyin (Çinin TikTok ekvivalenti) kimi platformalarda minlərlə şərhə səbəb olub.

Ötən həftə verdiyi açıqlamada, şimal-şərqdəki Dalian Politexnik Universiteti, tələbənin “milli ləyaqətə xələl gətirən əcnəbilərlə qeyri-adekvat əlaqəni” qadağan edən universitet qaydasını pozduğunu bildirərək, 60 gün ərzində “qovulacağını” söyləyib.

Xuraman Etibarlı

İnterpress.az