Efiopiyada 10 min ildən sonra ilk dəfə vulkan püskürüb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Efiopiyanın şimal-şərqində yerləşən Hayli-Qubbi vulkanı 10 min ildən sonra ilk dəfə püskürüb.
Hadisə nəticəsində kül sütunu 13,7 kilometr hündürlüyə qalxıb və kül kütləsi Yəmən ilə Oman istiqamətində hərəkət edir.
Mütəxəssislər bildirirlər ki, püskürmə həm bölgə əhalisi, həm də beynəlxalq aviasiya üçün ciddi təhlükə yarada bilər.
Kül buludunun marşrutları üzrə uçuşların məhdudlaşdırılması istisna edilmir.
Xuraman Etibarlı
İnterpress.az






