Egey dənizində DƏHŞƏT: Yunanlar miqrant qayığını BATIRMAĞA ÇALIŞDI – VİDEObackend

Egey dənizində DƏHŞƏT: Yunanlar miqrant qayığını BATIRMAĞA ÇALIŞDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Egey dənizində yunanlar miqrantların qayığı batırmağa çalışıblar.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. Məlumata görə, Sahil Mühafizəsi kömək istəyən insanların qayığına iki dəfə qəsdən çırpılıb, yaralananlar var.

Hadisə Egey dənizində baş verib. Yunanıstan tərəfi Avropa İttifaqına üz tutan qeyri-qanuni miqrantların qayığına hücum edib.

Gəmini görən miqrantlar onların xilas ediləcəyini və mənzil başına çatdırılacaqlarını düşünərək “Xahiş edirik, kömək edin!” deyə qışqırmağa başlayıblar. Lakin yunan tərəfi onların çağırışlarına məhəl qoymayıb.

Daha sonra Sahil Mühafizəsinə məxsus gəmi qayığa iki dəfə qəsdən çırpılıb. Nəticədə qayıq zədələnib, göyərtədəki üç suriyalı isə ciddi xəsarət alıb.

Miqrantlar məcburiyyətdən geri – Türkiyə tərəfə qayıdıblar və orada təxliyə ediliblər.

Xuraman Etibarlı

İnterpress.az