Ekvadorda həbsxanada baş verən qarşıdurmada 9 nəfər ölübbackend

Ekvadorda həbsxanada baş verən qarşıdurmada 9 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekvadorun paytaxtı Kitodakı “El Inca” həbsxanasında baş verən qarşıdurmalarda azı 9 nəfər həlak olub.

Bu barədə ölkənin Baş Prokurorluğu tviterdə məlumat yayıb.

“Kitodakı “El Inca” islah müəssisəsində doqquz nəfərin zorakılıqla öldürülməsi ilə bağlı ilkin təhqiqata başlanılıb”, – yazıda qeyd olunub.

Daha öncə həmin gün Bermudes ləqəbli “Los Lobos” dəstəsinin lideri oradan ciddi rejimli həbsxanaya köçürülüb. Onun bu ayın əvvəlində “El Inca”da beş məhbusun ölümü ilə nəticələnən iğtişaşlara görə məsuliyyət daşıdığı güman edilir.

Qeyd edək ki, həbsxanalarda asayişi bərpa etmək cəhdi Cənubi Amerika ölkəsində təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsinə səbəb olub. Təhlükəsizlik qüvvələrinə beş nəfərin ölümü ilə nəticələnən silsilə hücumlardan sonra ölkə rəhbərliyi bu ayın əvvəlində Quayas, Santo-Dominqo-de-los-Tsaçilas və Esmeraldas əyalətlərində fövqəladə vəziyyət elan edib.

2021-ci ilin noyabrında Quayakildəki 1 saylı həbsxanasında bir-birinə düşmən olan bandaların toqquşmaları azı 58 nəfərin həyatına son qoyub, 10-dan çox adam yaralanıb. Eyni yerdə keçən il sentyabrın sonunda iğtişaşlar zamanı 119 məhbus öldürülüb.