Ekvadorun şimal şərqində yerləşən Latakunqa şəhərində həbsxanada cəza çəkən məhkumlar qiyam qaldırıblar.
Hüquq-mühafizə orqanları ilə toqquşma nəticəsində azı 15 nəfər öldürülüb, 20 nəfər yaralanıb.
Qarşıdurmadan istifadə edən məhbuslar həbsxanadan qaçmağa çalışıblar.
Hadisəni əks edən görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd olunub ki, həbsxanadakı qarşıdurma narkotik vasitələrin qanunsuz dövriyyəsi və çirkli pulların yuyulmasında ittiham olunan məhbuslardan birinin cəzaçəkmə müəssisəsinin ərazisində öldürülməsindən sonra baş verib.
Mənbə: Trtworld.com