Elbrus dağlarında qayalıqlara yıxılan turist qız xilas edildi – VİDEObackend

Elbrus dağlarında qayalıqlara yıxılan turist qız xilas edildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada Elbrus dağlarında turist qız dağın yamacındakı yarığa yıxılıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Elbrus yüksək dağ dəstəsi turisti xilas etməyə nail olub.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

“Saat 11:50-də Elbrus dağının cənub yamacında (hündürlük 4000 m) iki nəfərdən ibarət qeydiyyatdan keçməyən qrup kömək istəyib. Qrupun tərkibində olan qız 3 metr dərinliyi olan yarığa yıxılıb”, – deyə məlumatda bildirilib.

Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin Elbrus yüksək dağ axtarış-xilasedici dəstəsi və “Elbrus” kurortunun xilasediciləri gəlib. Turisti yarıqdan çıxarmaq mümkün olub.

Xilas edilən qızda hər hansı xəsarət aşkar edilməyib. O, tibbi yardımdan imtina edib.

Mənbə: TASS