Əlcəzairdə bir ayda 160 nəfər dəniz və hovuzlarda boğularaq ölübbackend

Əlcəzairdə bir ayda 160 nəfər dəniz və hovuzlarda boğularaq ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyul ayında Əlcəzairdə 160 nəfərin dəniz və hovuzlarda boğulduğu bildirilib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Məlumata görə, hadisə zamanı 109 nəfərin dənizdə, 51 nəfərin isə su komplekslərində boğulduğu müəyyənləşib.

Hökumət tərəfindən bu rəqəmin çox yüksək olduğu söylənilib.

62 nəfərin çimməyin qadağan olduğu yerlərdə üzdüyü, 47 nəfərin isə xilasedicilərin olmadığı saatlarda dənizə girdiyi üçün boğularaq öldüyü bildirilib.

Son 24 saatda həyatını itirənlərdən 15-i dənizdə boğulub.

Ən çox boğulma hadisəsinin Oran (Oran), Mustaqanım və Bicaya şəhərlərində qeydə alındığı vurğulanıb.

İyulun əvvəlindən temperaturun 50 dərəcəyə çatdığı Əlcəzairdə meşə yanğınlarında 34 nəfər həyatını itirib.