Elektrik skuter PARTLADI – Avtomobil son anda XİLAS EDİLDİ – VİDEObackend

Elektrik skuter PARTLADI – Avtomobil son anda XİLAS EDİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada elektrik skuter çoxmərtəbəli binanın həyətində partlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Kuban bölgəsində çoxmərtəbəli yaşayış binasının həyətində elektrik skuterin qəfil alışaraq partlaması təhlükəli anlar yaşadıb.

Hadisə zamanı skuter əvvəlcə qəfil qığılcım saçmağa başlayıb, daha sonra isə güclü partlayış baş verib.

Skuterin yaxınlığında avtomobil olsa da, nəqliyyat vasitəsində əyləşən sürücü operativ reaksiya göstərərək skuteri avtomobildən uzaq məsafəyə çəkə bilib.

Beləliklə, alovun avtomobilə keçməsinin və daha ciddi fəsadların qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilmir. Faktla bağlı araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az