ABŞ Energetika Nazirliyi elektrikli vasitələrə keçidi dəstəkləmək üçün 15,5 milyard dollarlıq maliyyə vəsaiti ayırıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Nazirlik həmçinin digər ölkələrdən idxal olunan elektrik avtomobil akkumulyatorlarının və akkumulyator komponentlərinin yerli istehsalına 3,5 milyard dollar maliyyə ayırmaq niyyətində olduğunu açıqlayıb.
Niyyət bəyanatının Energetika Nazirliyinin böyüyən yerli sənaye və istehsal sektoru işçilərini necə dəstəkləyəcəyini ümumiləşdirdiyini vurğulayaraq, ABŞ Prezidenti Co Baydenin “Amerikaya İnvestisiya et” gündəliyinin də zəruri yerli təchizat zəncirlərini yaratmaqla milli təhlükəsizliyi artırdığı qeyd edilib.
Açıqlamada açıqlamaları yer alan ABŞ-ın energetika naziri Cennifer Qranholm prezident Baydenin ölkəni qlobal istehsal mərkəzinə çevirəcək işçi qüvvəsinə və fabriklərə sərmayə qoyduğuna diqqət çəkib.