Əli kəsilmiş meyit məşhur rok qrupun gitaraçısı Dmitri Ohanyana məxsusdur – YENİLƏNİBbackend

Əli kəsilmiş meyit məşhur rok qrupun gitaraçısı Dmitri Ohanyana məxsusdur – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburqda əli kəsilmiş halda tapılan şəxsin məşhur rok ifaçısı olduğu məlum olub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Liman ərazisində cəsədi sudan çıxarılan 45 yaşlı şəxsin “Kukrınıksı” rok qrupunun keçmiş bas-gitaristi Dmitri Ohanyan olduğu müəyyən edilib.

Versiyalardan birinə görə, musiqiçi dəri xəstəliyi (“dermatit”) səbəbindən əllərində yaranan şiddətli problemlərə dözməyərək öz əlini qan içində olan daşın üzərində balta ilə kəsib və suya girib.

“Vaqon” ləqəbli ifaçının xəstəliyə görə xüsusi vasitələr olmadan gitara çala bilmədiyi və vəziyyətinin getdikcə pisləşdiyi bildirilir.

Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır.

***

 13:38

Sankt-Peterburq limanından əli kəsilmiş kişinin cəsədi tapılıb. Yaxınlıqda balta tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Sankt-Peterburqun Vasilyevski adasında yerləşən “Morskoy fasad” sərnişin limanı ərazisində orta yaşlı kişinin meyiti sudan çıxarılıb.

Hüquq-mühafizə orqanlarının diqqətini çəkən məqam kişinin sol və ya sağ bilək hissəsinin tamamilə baltalanaraq kəsilməsi olub.

Hadisə yerinə dərhal kriminalistlər və istintaq qrupu cəlb olunub.

Meyitin yaxınlığında cinayətin törədildiyi ehtimal edilən balta da aşkarlanaraq maddi sübut kimi götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır və ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Xuraman Etibarlı

İnterpress.az