Elşad Mirbəşirə yeni vəzifə verildibackend

Elşad Mirbəşirə yeni vəzifə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

İnterpress.az xəbər verir ki, yeni çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il 5 iyun tarixli qərarı ilə parlamentin 5 üzvü Komissiyaya təyin olunub.

Qərara əsasən, bu siyahıya Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Adil Əliyev, Milli Məclisin deputatları Əminə Ağazadə, Elşad Mirbəşir oğlu, Arzu Nağıyev və Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri Səfa Mirzəyev daxil edilib.

Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2020-ci il 26 avqust tarixli qərarı ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Komissiyaya üzv təyin edilməklə həmin dövlət orqanı tərəfindən təyin olunan 5 üzvün siyahısı tamamlanıb.

 

İnterpress.az