İranla müharibə ABŞ-a 100 milyard dollara başa gəlib.
İnterpress.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.
İranın Xarici İşlər naziri Abbas Əraqçi ABŞ-nin İrana qarşı apardığı əməliyyatların rəsmi Vaşinqtona xərcini açıqlayıb.
O bildirib ki, bu hərbi müdaxilə ABŞ-yə bəyan edilən məbləğdən dörd dəfə çox – 100 milyard dollara başa gəlib.
Nazir əlavə edib ki, Amerika xalqı üçün dolayısı xərclər bundan da yüksəkdir.
Əraqçi həmçinin ABŞ-nin xarici siyasətini sərt tənqid edərək bildirib ki, Vaşinqtonun hazırkı “İsrail hər şeydən üstündür” yanaşması əslində “Amerika hər şeydən sonuncudur” mənasına gəlir.
Xuraman Etibarlı
İnterpress.az






