Heç kim Türkiyəyə Suriya məsələsində mühazirə oxuya bilməz.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra deyib.
“Ankara Suriya hakimiyyətinə mövcud gərginliyi tez bir zamanda aradan qaldırmaq üçün lazımi tövsiyələr verir. Suriya prezidenti əl-Şaraa revanşizmi istisna edən əhatəli siyasət yürüdür.
Ümid edirik ki, Suriya tezliklə çoxdan gözlənilən davamlı sülh və təhlükəsizliyə nail olacaq. Suriya məsələsinə gəlincə, heç kimin bizə mühazirə oxumağa haqqı yoxdur”, – Ərdoğan deyib.
O, həmçinin Avropanın təhlükəsizliyi məsələsinə və Ukraynada sülhün bərqərar olması perspektivlərinə toxunub.
“Biz istəyirik ki, avropalı dostlarımız dəyişmiş dünyada yeni Türkiyənin rolunu başa düşsünlər və öz strategiyalarını buna uyğun müəyyənləşdirsinlər”, – Türkiyə lideri qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az