Ərdoğan yenə gəlir, mesajlar olacaqbackend

Ərdoğan yenə gəlir, mesajlar olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Füzuli Hava Limanının təhlükəsizliyi Türkiyəyə tapşırıla bilər
 
“Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra hava limanının təhlükəsizliyinin təmin edilməsi Türkiyə hərbiçilərinə tapşırıla bilər. Bu isə hava limanına qarşı hər hansı təxribat ehtimalını tamamilə aşağı salmış olar”. 
Bu sözləri politoloq Samir Hümbətov 8 noyabr 2021-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, işğaldan azad edilmiş Füzuli şəhərinə baş tutacaq səfəri haqda danışarkən deyib. Onun sözlərinə görə, bu səfər çərçivəsində ölkə başçısı cənab İlham Əliyev və Ərdoğan yeni tikilmiş Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəklər:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan niyə Azərbaycanda hava limanının açılışında iştirak etmək istəsin? Bu səfərin pərdəarxası detalları nədən ibarətdir? Ərdoğanın Qarabağa səfərləri kimlərə mesaj xarakteri daşımaqdadır? Xatırlatmaqda fayda var ki, son gönlər İran və Azərbaycan arasında gərginlik müşahidə edilir və hətta İran tərəfi sentyabr ayının 20-dən sonra ilk dəfə idi ki, Azərbaycanla sərhəddə – Aslandüzdən başlayaraq İran Culfasına kimi geniş bir ərazidə hərbi təlimlərə başladı. İran tərəfi bu təlimləri Azərbaycana qarşı əzələ nümayişi kimi qiymətləndirdi. Türkiyə isə İranın atdığı addıma cavab olaraq Türkiyə-İran sərhədinə qoşun yığdı və Türkiyə PUA-ları Türkiyə-İran sərhədində fasiləsiz uçuşlara başladı. 29 sentyabr 2021-ci ildə isə Ərdoğan Rusiyanın Soçi şəhərinə səfər etdi və orada Rusiya Prezidenti Vladimir Putinlə görüşdü. Bu görüş zamanı tərəflərin müzakirə etdiyi məsələlər sırasında Suriya ilə birgə Qarabağ məsələsinin də olduğu bildirildi.
 Ərdoğanın Soçi səfərindən bir gün sonra isə Türkiyə prezidentinin Azərbaycana səfər edəcəyi və Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyi haqda məlumatlar yayılmağa başladı. Baş verən prosesləri ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, Türkiyə prezidentinin bir ildə iki dəfə Azərbaycana baş tutacaq səfəri həm region dövlətlərinə, həm də regionda marağı olan digər güc mərkəzlərinə ciddi mesaj xarakteri daşıyır. Əslində Türkiyə bununla qarşı tərəflərə mesaj verir ki, Azərbaycan regionda tək deyil və biz hər zaman Azərbaycanın yanındayıq. Son günlər Rusiya “sülhməramlıları”nın müvəqqəti nəzarət etdiyi Azərbaycanın Qarabağ bölgəsində erməni terrorçuları tərəfindən yenidən gərginliyn artırılması, bir hərbi qulluqçumuzun şəhid edilməsi isə Ərdoğanın Azərbaycana səfərindən narahat olan qüvvələr tərəfindən təşkil edilmiş təxribat kimi də qiymətləndirilə bilər”.