Erməni arxiyepiskop bakılı qubernatoru mükafatlandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, “erməni apostol pravoslav kilsəsi rus və yeni Naxçıvan yeparxiyası” adlandırılan kilsə əslən Bakıdan olan Sankt-Peterburq qubernatorunu mükafatlandırıb.
Nersisyan Sankt-Peterburq qubernatoru Aleksandr Beqlova erməni apostol kilsəsinin fəxri mükafatı olan “Müqəddəs Saak – Müqəddəs Mesrop” ordeni təqdim edib.
Mükafatla bağlı ensiklika katolikos II Qaregin tərəfindən imzalanıb. Və şəhərin erməni icmasına göstərdiyi müsbət münasibətə və ona göstərilən dəstəyə görə Beqlova minnətdarlığını bildirib.
Mükafatlandırma mərasimi Rusiyanın şimal paytaxtının əsas erməni kilsəsi olan Müqəddəs Yekaterina kilsəsində baş tutub.
Xuraman Etibarlı
İnterpress.az