Ermənistan Müdafiə Nazirliyinin əsgərləri Türkiyə bayrağına hörmətsizlik edib.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
İrəvanda hərbçilərin güləş üzrə 37-ci dünya çempionatının rəsmi açılışında 24 iştirakçı ölkənin adı səslənib və bu ölkələrin bayraqları dalğalanıb.
Əvvəllər bu ölkələrin nümayəndələrini alqışlarla qarşılayan əsgər və hərbçilər Türkiyənin adını eşidəndə heç bir reaksiya verməyib, alqışlamayıb, salam verməyib, bu ölkəyə qarşı mənfi münasibətini açıq şəkildə ortaya qoyub.
Bu, Müdafiə Nazirliyinin tədbiri olmasına və təhlükəsizlik Hərbi Polisin tabeliyində olmasına baxmayaraq, orada böyük polis qüvvəsi var.
Xuraman Etibarlı
İnterpress.az