Ermənilər Ağdərənin bu kəndlərini də boşaltdı – Təhvil verilirbackend

Ermənilər Ağdərənin bu kəndlərini də boşaltdı – Təhvil verilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ müharibəsinin sona çatmasına dair üçtərəfli müqavilənin müddəalarına görə Ağdərə rayonunun 7 kəndi Azərbaycanın nəzarətində qalacaq. 

İnterpres.az xəbər verir ki, bunlar Ermənistan tərəfinin Nor Marağa, Nor Aygestan, Seysulan, Nor Karmiravan, Nor Akadzhur, Ovtaşen və Nor Jraberd adlandırdığı kəndlərdir. Bu barədə separatçı rejimin məlumat mərkəzi açıqlama yayıb.

Açıqlamada daha sonra deyilir: “Ağdam rayonu 20 noyabr 2020-ci il tarixinədək Azərbaycana veriləcək. Göstərilən yaşayış məntəqələri, habelə Azərbaycan tərəfinə görə Ağdam qəsəbəsi Ağdam bölgəsində yerləşir.

Bu günlərdə dövlət müdaxiləsi ilə 2000-dən çox sakininin bu kəndlərdən çıxarılması, müvəqqəti mənzil və digər vasitələrlə təmin edilməsi üçün tədbirlər görülür”.

 

İnterpress.az