“Ermənilərin silah-sursat daşıdığı yolu Ordumuz nəzarətə götürüb”backend

“Ermənilərin silah-sursat daşıdığı yolu Ordumuz nəzarətə götürüb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan xəbərdarlıqdan hərəkətə keçdi”.

İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

“MN-nin rəsmi məlumatına görə, Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.

Bu o deməkdir ki,ermənilərin silah-sursat daşıdığı torpaq yolları Azərbaycan Ordusu tərəfindən nəzarətə götürülüb”,- o əlavə edib.