Ermənistan “3+3” formatında nazirlərin növbəti görüşünə EV SAHİBLİYİ EDƏCƏKbackend

Ermənistan “3+3” formatında nazirlərin növbəti görüşünə EV SAHİBLİYİ EDƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan “3+3” formatında nazirlərin növbəti görüşünə ev sahibliyi edəcək.

İnterpress.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Ermənistan hələ 2024-cü ildə elan edilmiş “3+3” formatında nazirlərin növbəti görüşünə ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyir.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında Cənubi Qafqaz məsələləri üzrə “3+3” formatında üçüncü görüşün hazırlıq mərhələsində olduğunu bildirib.

Onun sözlərinə görə, Moskva növbəti görüşlərin Bakıda və İrəvanda keçirilməsini təklif edir.

“Ermənistan 2024-cü il oktyabrın 18-də İstanbulda keçiriləcək 3+3 məşvərət platformasının üçüncü görüşü zamanı nazirlərin növbəti görüşünə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib”, – XİN-dən bildirilib.

XİN-dən onu da əlavə ediblər ki, görüşün tarixi və yeri müəyyən edildikdən sonra ictimaiyyətə vaxtında məlumat veriləcək.

Xuraman Etibarlı

İnterpress.az