Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yardım tələblərinin gündəmdən çıxarılmasını xahiş edib. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Belta xəbər agentliyinin məlumatına görə, Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşən KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bəyan edib ki, İrəvan əvvəllər təşkilatdan kömək istəyib və məsələ dəyərləndirilir:
“Lakin Ermənistan tərəfi qərara marağını itirməyə başlayıb. Onlar hətta məsələnin KTMT gündəliyindən çıxarılmasını istəyirdilər”.
Lukaşenko Ermənistan-Azərbaycan münaqişəsinin də bitdiyini bildirib: “Gələcək haqqında düşünməyin vaxtıdır. Müsbət proses müşahidə olunur”.
Ermənistanın baş naziri Nikol Paşinyan ötən günlərdə Lukaşenkoya zəng edərək noyabrın 23-də Minskdə keçiriləcək KTMT sammitində iştirak etməyəcəyini bildirib.