Ermənistan niyə məhz Kəlbəcər istiqamətində atəşkəsi pozur? –POLİTOLOQDAN AÇIQLAMAbackend

Ermənistan niyə məhz Kəlbəcər istiqamətində atəşkəsi pozur? –POLİTOLOQDAN AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan təkbaşına Ermənistanın təxribatlarına cavab vermək gücündədir. Müharibə zamanı da biz bunun şahidi olduq. Qarşımızda Ermənistandan əlavə onların havadarları olmasına baxmayaraq biz onları çox kiçik zaman kəsiyində darmadağın etdik”.

Bu sözləri açıqlamasında politoloq Zaur Məmmədov deyib.

O, qeyd edib ki, Ermənistan tərəfindən məhz Kəlbəcər istiqamətində atəşkəsin pozulmasının əsas səbəbi payızda artıq havaların get-gedə soyuması ilə əlaqədardır:

“Kəlbəcər dağlıq ərazidir. Havalar isə get-gedə soyuyur. Bu səbəbdən sərhədlərin demakrasiya prosesi payıza qədər artıq başa çatmalıdır. Buna görə məntəqələrin və yüksəkliklərin tutulması istiqamətində mübarizə gedir. Ermənistan başa düşməlidir ki, sərhədlərin demakrasiya və delimitasiya prosesi tez bir zamanda həyata keçirilməlidir. Havalar soyuyana qədər əsasən də dağlıq bölgələrin sərhədləri ilə bağlı müəyyənləşmələr aparılmalıdır”.

İNTERPRESS.az