Ermənistanın hakim partiyası parlamentdəki kürsüdə Avropa İttifaqının bayrağını asıb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Ermənistan parlamentində növbəti şou “Respublika Uğrunda” partiyasının lideri Arman Babacanyan tərəfindən səhnələşdirilib.
Aİ referendumu ilə bağlı dinləmələrdə Babacanyan bir neçə dəfə qaloşlarını yelləyərək onları “reqressiya simvolu” kimi təqdim edib, sonra isə tribunadan Aİ bayrağını asıb.
Xuraman Etibarlı
İnterpress.az