Ermənistanın bir çox vətəndaşı ölkəmizin Müstəqillik Gününün dəqiq tarixini bilmir.
İnterpress.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Nikol Paşinyan nazirlərə informasiya problemlərini həll etməyi tapşırıb. Məqsəd Ermənistan vətəndaşlarına dövlətin nə olduğunu, onun üstünlükləri və çatışmazlıqlarının nə olduğunu öyrətməkdir.
Paşinyanın deyib ki, Ermənistan vətəndaşlarının əhəmiyyətli hissəsi dövlət büdcəsinin nə olduğunu və onun necə formalaşdığını belə bilmir.
“Bunu bilmək vətəndaşın günahı deyil və onun əsas vəzifəsi deyil. Dövlət təfəkkürü o zaman yaranır ki, vətəndaş dövlətin bir mexanizm kimi necə işlədiyini bilir”, – Paşinyan bildirib.
O, böyük əksəriyyətin bunu başa düşmədiyinə əminliyini ifadə edir.
Onun fikrincə, dövlət ancaq problemlər yarananda xatırlanır, yəni dövlət problemlərlə eyniləşdirilir.
Xuraman Etibarlı
İnterpress.az