Ermənistanda hökumətə qarşı ümumdövlət mitinqi keçiriləcəkbackend

Ermənistanda hökumətə qarşı ümumdövlət mitinqi keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda müxalifət partiyaları hökumət əleyhinə ümumdövlət mitinqi elan edib.

İnterpress.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, “Çiçəklənən Ermənistan”, “Daşnaksutyun” və “Vətən” partiyaları oktyabrın 8-də mitinq keçirəcəyini bildirib.

Partiyaların ümumi bəyanatında ölkə hökumətinin heç bir vədini yerinə yetirilmədiyi deyilir:

“Hakimiyyət bütün məsələlərdə uğursuzluğa düçar olub. Ölkənin inkişaf perspektivi təhlükə altına düşüb. Hakim qüvvə dövlət qarşısında yaranan çağırışlara müqavimət göstərə bilmədiyini nümayiş etdirib”.